Maradona istefa verdi

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçisi olduğu Meksikanın "Dorados" klubundan ayrılıb.

FRutbolqol.az xəbər verir ki, bu barədə onun vəkili Matias Morla şəxsi "Twitter" hesabında məlumat verib. 58 yaşlı mütəxəssisin səhhətindəki problemlərə görə istefa verdiyi qeyd olunub. O, Maradonanın qarşıdakı günlərdə əməliyyat olunacağını bildirib.

Artıq "Dorados" klubu da baş məşqçinin istefa verdiyini təsdiqləyib. Klub rəhbərliyi xidmətlərinə görə argentinalı çalışdırıcıya təşəkkür edib.

Qeyd edək ki, Maradona 2018-ci ilin yayından "Dorados"u çalışdırırdı.