"Maradonanın vaxtındakı Argentina indikindən güclü idi"

İtalyalı məşqçi Fabio Kapello Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanın Argentina yığması ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib.

73 yaşlı mütəxəssis Maradonanın dönəmindəki Argentinanın daha güclü olduğunu söyləyib.

Onun fikrincə, Maradonanın ətrafındakı futbolçular indikindən keyfiyyətli olub: "İnsanlar Maradona ilə Messinin Argentinadakı çıxışını müqayisə edirlər. Ancaq Maradonanın vaxtında Argetinanın heyəti indikindən güclü idi. Hazırda Messinin ətrafındakılar sadəcə, pis oyunçular deyil. Amma onların müdafiə və yarımmüdafiə xətti zəifdi. Argentinanın ən böyük problemi də budu. O ki qaldı Messiyə, o, qeyri-adi futbolçudu. Leo ancaq futbol haqda düşünür, maliyyə barədə deyil. Bunu Neymar edir".

Qeyd edək ki, Argentina Amerika Kuboku-2019-da qrup mərhələsinin ilk oyununda Kolumbiyaya 0:2 hesabı ilə məğlub olub.