"Bavariya"nın futbolçusu Dortmund "Borussiya"sına keçdi

Almaniyanın "Bavariya" klubunun futbolçusu Mats Hummels Dortmund "Borussiya"sına qayıdıb.

Futbolqol.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq "sarı-qaralar"la razılığa gəlinib.

Lakin hər iki tərəf keçidin detallarını gizli saxlamaq niyyətindədir. 31 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Mats Hummels 2016-cı ildən "Bavariya"da çıxış edir. Təcrübəli oyunçu 2009 - 2016-cı illərdə "Borussiya"nın formasını geyinib.