Petr Çex "Çelsi"yə qayıtdı

Çexiya millisinin sabiq qapıçısı Petr Çex İngiltərənin "Çelsi" klubuna qayıdıb.

Futbolqol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, London təmsilçisində texniki məshələtçi vəzifəsini yerinə yetirəcək.

Təcrübəli qolkiper klubun futbol məsələləri ilə bağlı məsləhətlər verməli, akademiya komandaları arasında güclü əlaqə yaratmalı və müxtəlif şöbələrin səmərəli şəkildə işləməsini təmin etməlidir.

Qeyd edək ki, Petr Çex 2004 - 2015-ci illərdə "Çelsi"də çıxış edib. O, karyerasını Londonun digər komandası "Arsenal"da başa vurub. Bakıdakı Avropa Liqasının finalı onun son oyunu olub. Həmin görüşdə "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub.