Lempardın təyinatı 48 saata açıqlanacaq

Mauritsio Sarri ilə yollarını ayıran "Çelsi"nin yeni baş məşqçisi bu həftə məlum olacaq.

London klubunu sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. Son olaraq, "Derbi Kaunti" klubuna başçılıq edən gənc mütəxəssisin təyinatının 48 saat içində açıqlanacağı gözlənilir. "Çelsi" rəhbərliyi qarşı tərəflə təzminat məsələsini həll etdikdən sonra Lempardı ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, "Derbi Kaunti" Lempard üçün "Çelsi"dən 4.5 milyon avro təzminat tələb edir.