Silessen karyerasını "Valensiya"da davam etdirəcək

"Barselona" futbol komandasının qapıçısı Yasper Silessen karyerasını "Valensiya"da davam etdirəcək.

Futbolqol.az xəbər verir ki, bu barədə Katalon klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edilir ki, "yarasa"lar oyunçunun transferi üçün 35 milyon avroödəyəcəklər. Silessen "Barselona"ya 2016-cı ilin yayında "Ayaks"dan keçib. Onun transferi katalon klubuna 3 milyon avroya başa gəlib.

Qapıçı klubda 32 oyunda iştirak edib və qapıdan 25 top buraxıb.