"Yuventus" de Liqti alır - 70 milyon avroya

"Ayaks"ın futbolçusu Matteys de Liqt "Yuventus"a keçmək üzrədir.

Turin klubu Hollandiya təmsilçisi ilə 19 yaşlı müdafiəçinin transferi ilə bağlı razılığa gəlib. "Yuventus"un de Liqtlə 4 illik müqavilə imzalayacağı bildirilib. O, yeni klubunda ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, A seriyası klubunun hollandiyalı oyunçu üçün "Ayaks"a 70 milyon avro təzminat ödəyəcəyi iddia olunur. Turin təmsilçisinin yaxın vaxtlarda bu transferi rəsmən açıqlayacağı gözlənilir.