"Barselona"dan yeni transfer

"Valensiya"nın qapıçısı Neto "Barselona"ya keçib.

Bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Neto komandada "Valensiya"ya satılan Yasper Silesseni əvəz edəcək. 29 yaşlı braziliyalı yeni komandası ilə 4 illik müqavilə bağlayıb. Bu keçid "yarasalar"a 26 milyon avro qazandırıb. Klub daha 9 milyon avro bonus əldə edə bilər. "Barselona" Netonun transfer qiymətini 200 milyon avro dəyərində müəyyən edib.

Qeyd edək ki, Silessen dünən 35 milyon avroya "Barselona"dan "Valensiya"ya keçib.