Neymarın yerinə Dembele?

Neymar məsələsində "Barselona” ilə PSJ razılıq əldə edəcəklər.

Futbolqol.az xəbər verir ki, "Barselona” Neymarın əvəzində PSJ-yə Koutinonu təklif edib. Ancaq Paris klubu bununla razılaşmayıb.

Ardınca kataloniyalılar Usman Demebele variantını işə salıblar. Bu variant PSJ-ni qane edib. Onlar Demebe və müəyyən miqdarda kompensasiya əvəzində Neymarı "Barsa”ya verməyə razıdırlar.

Bu dəyiş-düyüşə PSJ-nin baş məşqçisi Tomas Tuxel də razıdır. Dembele onun rəhbərliyi altında Dortmund "Borussiya”sında çıxış edib.