Moskva "Dinamo"suna keçir

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev karyerasını Rusiyanın “Dinamo” klubunda davam etdirəcək.

23 yaşlı forvard Moskva təmsilçisinin düşərgəsinə gələrək tibbi baxışdan keçəcək.

Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. O, Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub.

Qeyd edək ki, “Dinamo” son mövsümdə 33 xalla 12-ci yeri tutub.