"Real"dan "İnter"ə keçdi

"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos karyerasını İtaliyada davam etdirəcək.

23 yaşlı orta sahə oyunçusu "İnter"lə anlaşıb.

"Neradzurra" İspaniya millisinin üzvünü 2 il müddətinə icarəyə götürüb. Razılığa əsasən, iki ildən sonra "İnter" onu 35 milyon avro müqabilində transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Dani Sebalyos "Real"a 2017-ci ildə "Betis"dən keçib.