"Çelsi" 5 futbolçu ilə vidalaşdı

İngiltərənin "Çelsi" klubu 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.

Bunlar qapıçılar Robert Qrin ilə Eduardu Karvalyu, müdafiəçi Qari Kehil, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonzalo İquaindir.

İquaindən başqa digər 4 oyunçunun London təmsilçisi ilə sözləşməsi başa çatıb. Argentinalı forvadın isə icarə müddəti bitib. "Çelsi" onunla yeni saziş bağlamayıb və İquain müqavilə ilə məxsus olduğu İtaliyanın "Yuventus" klubuna qayıdıb.