Yeni Zelandiya millisinin üzvü “Bavariya”da – Rəsmi

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolqol.az xəbər verir ki, Münhen təmsilçisi Avstraliyanın “Vellinqton Feniks” klubundan Sarpret Sinqi transfer dib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Yeni Zelandiya millisinin də formasını geyinən Sinq, yeni mövsümdə “Bavariya”nın B komandasında çıxış edəcək.