"Çelsi" "Real Madrid"in xorvatiyalı futbolçusunu transfer etdi

İngiltərənin "Çelsi" komandası İspaniyanın "Real Madrid" klubunun futbolçusu Mateo Kovaçiçi transfer edib.

Futbolqol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mateo Kovaçiç 2018/2019 mövsümündə icarə əsasında "Çelsi"nin formasını geyinib. O, İngiltərə Premyer Liqasında 32 qarşılaşmada iştirak edib. Xorvatiya millisinin də şərəfini qoruyan oyunçu 2018-ci il Rusiyada keçirilən dünya çempionatında finalçı olub.