"Mançester Yunayted" Reşfordla müqavilə müddətini uzatdı

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Markus Raşfordla müqavilənin müddətini uzadıb.

Futbolqol.az klubun saytına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 22 yaşlı hücumçu 2023-cü ilin yayına kimi "qırmızı şeytanlar"ın şərəfini qoruyacaq. "Mançester Yunayted" bu müddət ərzində oyunçu ilə müqaviləni daha bir il uzada bilər.

Qeyd edək ki, İngiltərə millisinin də formasını geyinən Markus Raşford2015-ci ildən klubun əsas komandasında çıxış edir.