PSJ yeni transferini açıqladı

PSJ heyətinə yeni futbolçu cəlb edib.

Futbolqol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi "Sevilya"nın yarımmüdafiəçisi Pablo Sarabiyanı alıb. 27 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatı bu transfer üçün PSJ-nin 18 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, Sarabiya ötən mövsüm 52 matçda 23 qol vurub, 17 qolun ötürməsini verib