İngiltərə klubu ilyarımdan sonra ilk transferi reallaşdırdı

İngiltərənin "Tottenhem" klubu ilyarımdan sonra ilk dəfə yeni futbolçu ilə müqavilə imzalayıb.

London təmsilçisi "Lids"dən Cek Klarkı heyətinə qatıb. 19 yaşlı hücumçu ilə 2023-cü ilə qədər müqavilə bağlanılıb. Transferin məbləği 11 milyon avro olub.

"Tottenhem" 2019/2020 mövsümü üçün oyunçunu "Lids"ə icarəyə verib.

Qeyd edək ki, Cek Klark ötən mövsüm komandasının heyətində mövsümün ən yaxşı oyunçusu seçilib. O, 25 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Tottenhem" son mövsümdə Çempionlar Liqasının finalında digər İngiltərə təmsilçisi "Liverpul"a uduzub - 0:2.