"Qarabağ"ın futbolçusunun komandası "Gold Cup"da mübarizəni dayandırdı

“Qarabağ” klubunun futbolçusu Donald Gerryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da mübarizəni dayandırıb.

Futbolqol.az-ın məlumatına görə, 30 yaşlı sol cinah oyunçusunun komandası yarımfinalda Meksika yığmasına uduzub - 0:1. Matçın taleyini əlavə vaxtda - 93-cü dəqiqədə Raul Ximenesin vurduğu qol həll edib.

Start heyətində yer alan Gerrye 100-cü dəqiqədə yerini Mikael Kantava verib.

Qeyd edək ki, Meksika finalda ABŞ – Yamayka cütünün qalibi ilə qarşılaşacaq.