Mbappe klubunu dəyişmir - özü açıqladı

Fransa təmsilçisi PSJ-nin futbolçusu Kilian Mbappe yay fasiləsində klubunu dəyişməyəcək.

Futbolqol.az xəbər verir ki, Fransa yığmasının 20 yaşlı hücumçusu bu barədə şəxsi “Twitter” hesabında yazıb.

Qeyd edək ki, PSJ-nin “Monako”dan 135 milyona avroya aldığı Mbappe ilə 2022-ci ilin yayına qədər müqaviləsi var. Onun xidmətində İspaniyanın “Real Madrid” klubunun maraqlı olduğu bildirilirdi.