Bournemouth-da yeni oyunçu

Bournemouth heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolqol.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərənin digər klubu Huddersfield-dən Filip Billinqi transfer edib.

Bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı danimarkalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Huddersfield-in yetirməsi olan yarımmüdafiəçi, 2014-cü ildən bu klubun əsas komandasında forma geyinirdi.