Malkom seçim qarşısında

Barcelona-nın baş məşqçisi Ernesto Valverdenin planlarında yer almayan Malkom klubdan ayrılmağa hazırlaşır.

Futbolqol.az xəbər verir ki, 22 yaşlı futbolçu iki klubun transfer hədəfindədir. Everton Malkom üçün 40 milyon, Zenit isə 35+5 milyon avroluq təklif göndərib. Futbolçunun təzminat qiymətini 40 milyon avro olaraq müəyyənləşdirən katalonlar, hər iki təklifi uyğun hesab edərək, son qərarı Malkomun verməsini istəyib.

Qeyd edək ki, Bordeaux-dan 41 milyon avro müqabilində transfer olunan braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, Barcelona-nın heyətində iştirak etdiyi 24 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.