Adrian Lopes La Liqaya qayıtdı

Osasuna klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolqol.az xəbər verir ki, La Liqa təmsilçisi Porto-nun ispaniyalı hücumçusu Adrian Lopesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Adrian Osasuna-ya azad agent statusunda keçib. Bu üzdən də La Liqa təmsilçisi Portuqaliya klubuna heç bir təzminat ödəməyib.

İspaniya yığmasında 2 oyun keçirib, 1 qola imza atmış hücumçu, geridə qalan mövsümdə Porto-da 11 çempionat oyununa çıxıb, 1 qol vurub.