Milan 20 yaşlı hücumçu transfer etdi

Milan heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolqol.az xəbər verir ki, A Seriyası təmsilçisi Lille-nin futbolçusu Rafael Leaonu heyətinə qatıb.

Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Transferin detalları açıqlanmasa da, bu keçidin Milan təmsilçisinə 35 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Rafael Leao 2018-ci ildən Lille-də çıxış edirdi. Portuqaliyalı oyunçu ötən mövsüm çempionatda 24 oyunda iştirak edib və 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.