Zaha A Seriyasına keçə bilər

Crystal Palace-ın futbolçusu Vilfrid Zaha karyerasını İtaliyada davam etdirə bilər.

Futbolqol.az xəbər verir ki, 26 yaşlı futbolçu Napoli-nin transfer hədəfindədir. Lille-dən Nikolas Pepenin transferini həll edə bilməyən Neapol təmsilçisi, Zaha üçün hərəkətə keçib. Napoli Crystal Palace-a Zaha üçün 60 milyon funt sterlinq təklif edib.

Qeyd edək ki, Zaha Crystal Palace-ın heyətində son mövsümdə keçirdiyi 36 oyunda 10 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.