Pepenin keçidi rəsmiləşdi

Arsenal növbəti transferini həyata keçirib.

Futbolqol.az xəbər verir ki, London klubu Fil Dişi Sahili yığmasının Fransa doğumlu futbolçusu Nikola Pepeni heyətinə qatıb.

Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. 24 yaşlı sağ cinah hücumçusu Fransanın Lille klubundan transfer edilib. Pepe yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, London təmsilçisində 19 nömrəli formanı geyinəcək.

Ötən mövsüm 41 oyuna 23 qol vurmuş Pepe Lille-də 2017-ci ildən çıxış edirdi.

Qeyd edək ki, , Pepe Arsenal tarixinin ən bahalı transferinə çevrilib. London klubu bu keçidə görə 80 milyon avro təzminat ödəyəcək.

Arsenal-ın bunadək ən bahalı transferi fransalı hücumçu Aleksandr Lakazzet idi. O, iki il əvvəl Lyon-dan 62 milyon avroya transfer edilmişdi.