Dani Alveşin yeni klubu müəyyənləşdi

Bir müddət əvvəl PSG-dən ayrılan Dani Alveşin yeni iş yeri məlum olub.

Futbolqol.az xəbər verir ki, braziliyalı müdafiəçi San Paolo klubuna transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni klubu ilə 3 illik müqavilə imzalayan Alveş, 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alveş, 2002-2008-ci illər aralığında Sevilla-da çıxış edib. Daha sonra Barcelona və Juventus-da forma geyinən braziliyalı müdafiəçinin son klubu PSG olub.