Liverpool-Chelsea matçının hakimi qadın olacaq

Liverpool Chelsea arasında keçiriləcək UEFA Superkuboku oyununun təyinatları açıqlanıb.

Futbolqol.az xəbər verir ki, ilk dəfə olaraq, kişilər arasında təşkil olunan avrokubok matçını qadın hakim idarə edəcək. Qarşılaşmanın referisi fransalı Stefani Frappar olacaq. İrlandiyalılar - Manuela Nikolosi ilə Mişel Onil yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim qismində isə türkiyəli Cüneyt Çakır təyinat alıb.

Qeyd edək ki, avqustun 14-də Türkiyənin İstanbul şəhərindəki “Vodafon Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Son mövsümdə Liverpool Çempionlar Liqasının, Chelsea isə finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub.