“Barselona” Koutinyonu satır – qiymətini endirdi

“Barselona” futbolçusu Filippe Koutinyonu yay transfer pəncərəsinin bağlanmasına qədər satmaq istəyir.

Futbolqol.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı yarımmüdafiəçinin qiymətini 100 milyon avroya endirib. Qeyd edilib ki, “Barselona” indiyədək bu tranferlə bağlı bir dənə də olsun rəsmi təklif almayıb.

Qeyd edək ki, daha əvvəl Koutinyonun qiymətinin 120 milyon avro olduğu bildirilirdi.