APOEL-dən yeni transfer

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi APOEL heyətinə yeni oyunçu cəlb edib.
Futbolqol.az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Faysali" klubunun yarımmüdafiəçisi Omar Hanini alıb. Futbolçu yeni komandasının forması ilə şəklini "İnstagram" hesabında paylaşıb.

Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında oyunlar avqustun 6-da Nikosiyada, 13-də isə Bakıda keçiriləcək.