"Qarabağ" və "Neftçi"nin "pley-off"da potensial rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Futbolqol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlanacaq. Qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər.

Bu, "Qarabağ" Kipr APOEL-ini keçə bilməyəcəyi, "Neftçi" isə İsrail "Bney Yehuda"sını üstələyəcəyi halda baş verəcək.

"Qarabağ" Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşüb. Bu isə o deməkdir ki, rəqib səpələnməmişlər səbətindəki 5 cütlükdən birinin qalibi olacaq:

"Sutyeska" (Monteneqro) / "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

"Lüdoqorets" (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi

"Sarayevo" (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Valletta" (Malta) cütünün qalibi

"Slovan" (Bratislava, Slovakiya) / "Dandolk" (İrlandiya) cütünün qalibi

"Neftçi" isə Liqa Yolunda "Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:

"Antverpen (Belçika) / "Viktoriya" (Plzen, Çexiya) cütünün qalibi

"Bröndbü" (Danimarka) - "Braqa" (Portuqaliya) cütünün qalibi

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Frankfurt, Almaniya) cütünün qalibi

"Malmö" (İsveç) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Partizan" (Serbiya) / "Malatyaspor" (Türkiyə) cütünün qalibi

Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar 22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.