"Milan" afrikalı futbolçunu transfer etdi

"Milan" heyətini gücləndirməkdə davam edir.

Futbolqol.az xəbər verir ki, "rossoneri"lər Empoli-nin əlcəzairli yarımmüdafiəçisi İsmael Bennaseri transfer edib. 21 yaşlı yarımmüdafiəçinin müqaviləsi haqda məlumat verilməsə də, "Milan"ın onun üçün Empoli-yə 18 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, ötən mövsüm Empoli ilə 38 oyunda iştirak edən İsmael, son Afrika Millətlər Kubokunun qalibi olmağı ilə yanaşı turnirin ən yaxşı futbolçusu da seçilmişdi.