"Real" yenə rədd cavabı aldı

"Mançester Yunayted" futbolçusu Pol Poqba üçün "Real"ın göndərdiyi növbəti təklifi rədd edib.

Futbolqol.az "The Times"ə istinadən xəbər verir ki, Madrid klubu 26 yaşlı hücumçuya görə futbolçusu Xames Rodriqes və 30 milyon avro təklif edib. Ancaq bu da İngiltərə təmsilçisi tərəfindən müsbət cavablandırılmayıb. Bildirilir ki, "MY" fransalı hücumçunu 160 milyon avroya satmaq istəyir.

Qeyd edək ki, Poqba 2016-cı ildən Premyer Liqa klubunda oynayır.