"Liverpul"u Belçika klubuna dəyişdi

“Liverpul”un futbolçusu Simon Minyole karyerasını Belçikada davam etdirəcək.

Futbolqol.az xəbər verir ki, 31 yaşlı qapıçı “Brügge” klubuna transfer olunub. Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Minyole yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Minyole, 2013-cü ildən “Liverpul” forması geyinirdi. Qapıçı 22 dəfə də Belçika yığmasının uğurları üçün çalışıb.