Qattuzo Fransa klubunu çalışdıra bilər

“Milan”ın sabiq baş məşqçisi Cennaro Qattuzo Fransada klub çalışdıra bilər.

41 yaşlı mütəxəssis “Nant” klubuna baş məşqçi təyin oluna bilər. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Nant” klubunun Qattuzoya artıq yeni müqavilə təklif etdiyi bildirilir.

2017-2019-cu illər aralığında “Milan”ı çalışdıran Qattuzo, mayın 28-dən işsizdir.