"Ayaks" yeni transferini sifariş etdi

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" yeni transferi Edson Alvareslə bağlı problemi yoluna qoyub.

Meksika millisinin üzvünün sənəd problemi həll edilib.

Ölkəsinin "Amerika" klubundan alınan 22 yaşlı yarımmüdafiəçi Erediviziyanın ilk turunu məhz bu üzdən buraxmaq məcburiyyətində qalmışdı. Lakin orta sahə oyunçusunun sənədləri artıq qaydasındadı. Amsterdam təmsilçisi onu Çempionlar Liqasının III təsnifat mərhələsində PAOK-la keçiriləcək oyunlara sifariş edib və ilk oyun üçün Yunanıstana aparıb.

Qeyd edək ki, bu cütlüyün qalibi pley-off mərhələsində "Qarabağ" - APOEL cütünün qalibi ilə qarşılaşacaq.