MY-nin daha bir supertransfer cəhdi

Lester"in müdafiəçisi Harri Maquayrı heyətinə qatan "Mançester Yunayted" daha bir supertransferə hazırlaşır.

"Qırmızı şeytanlar" indi də "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksenə "elçi düşüb".

Klub rəhbərliyi İngiltərədə "transfer pəncərəsi" bağlanmamış bu keçidi həll etməyə çalışır. "Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeşə marağı azalan MY əvəzində Eriksen üçün danışıqlara başlayıb. Klub Premyer Liqada mövsümün startına qədər Erikseni təqdim etmək üçün dəridən-qabıqdan çıxır.

Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"də çıxış edən Kristian Eriksen "Real", "Atletiko" və "Yuventus"un da maraq dairəsindədi.