“Barselona”da Messi şoku

İspaniya çempionu “Barselona” klubu ciddi itki ilə üzləşib.

Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın son məşqində zədələnən Messi, “Barselona”nın ABŞ-da keçirəcəyi təlim-məşq toplanışında iştirak etməyəcək.