“Arsenal” kapitanını satdı

“Arsenal” müdafiəçisi Loran Koselni ilə yollarını ayırıb.

Futbolqol.az "Sky Sport"a istinadən xəbər verir ki, “topçular” kapitanı “Bordo”ya transfer olub. 33 yaşlı müdafiəçinin transferindən “Arsenal” 5 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, 2010-cu ildən “Arsenal”ın şərəfini qoruyan fransalı Koselni 255 oyuna 22 qol vurub.