"Barselona" Neymar üçün 250 milyon avro təklif etdi

İspaniyanın "Barselona" klubu Fransa PSJ-sində çıxış edən sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün yeni təklif irəli sürüb.

Bu barədə jurnalist Abdella Boulma“Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, Kataloniya təmsilçisi 27 yaşlı hücumçudan ötrü 250 milyon avro ödəməyə hazırdır.

“Barselona” bu məbləği 2 il ərzində 3 mərhələdə (150+50+50) ödəməyi düşünür.

Qeyd edək ki, Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.