“Yuventus” yeni transferini açıqladı

İtaliya çempionu “Yuventus” növbəti transferini rəsmiləşdirmək üzrədir.

Turin təmsilçisi İngiltərə çempionu “Mançester Siti”nin futbolçusu Danilonu heyətinə qatmağa hazırlaşır.

Artıq 28 yaşlı futbolçu Turinə gəlib. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı müdafiəçi tezliklə tibbi müayinədən keçib, rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Danilonun əvəzində “Yuventus” öz futbolçusu Joao Kanselonu “Mançester Siti”yə göndərəcək. Amma İngiltərə klubu 25 yaşlı portuqaliyalı müdafiəçinin transferi qarşılığında əlavə 28 milyon avro təzminat da ödəyəcək. Kanselonun da tezliklə MS ilə rəsmi müqavilə imzalaması gözlənilir.