“Arsenal”ın futbolçusu rəsmən “Bordo”da

Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Liqa 1 təmsilçisi İngiltərənin “Arsenal” klubunun futbolçusu Loran Koselnini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 33 yaşlı fransalı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Bircə onun yeni komandasında 6 nömrəli formanı geyinəcəyi bəllidir.

2010-cu ildən London təmsilçisinin şərəfini qoruyan fransalı futbolçunun transferi “Bordo”ya 5 milyon avroya başa gəlib. Koselni daha öncə ölkəsində “Genqam”, “Tur” və “Loryan” klublarının şərəfini qoruyub. Geridə qalan mövsümdə “Arsenal”la 17 oyuna çıxan müdafiəçi 3 qola imza atıb.