39 yaşında dünya çempionatına qatılmaq istəyir

"San-Paulo"nun yeni transferi Dani Alveş milli karyerasını başa vurmaq fikrində deyil.

Sağ cinah müdafiəçisinin Braziliya yığması ilə bağlı hədəfləri bitməyib.

36 yaşlı futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qatılmaq arzusunda olduğunu vurğulayıb: "San-Paulo"ya karyeramı bitirmək üçün yox, çalışmaq üçün gəlmişəm. Hələ də həm klub, həm də milli səviyyəsində böyük hədəflərim var. Ən böyük istəyim növbəti dünya çempionatında millinin formasını geyinməkdir".

Qeyd edk ki, Dani Alveş karyerası ərzində 41 titul qazanıb və bu baxımdan rekordçudur.