Tarixi transfer nömrə seçimini etdi

"Mançester Yunayted"in yeni transferi Qarri Maquayr nömrə seçimini edib.

Mərkəz müdafiəçisi yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Maquayr "Hall Siti" və "Şeffild Yunayted" də də bu forma altında çıxış edib. 26 yaşlı oyunçu "Lester"də 15 nömrəyə üstünlük veribsə, yığmada "6"nı daşıyır.

Qeyd edək ki, Qarri Maquayr "Mançester Yunayted"ə 87 milyon avroya keçib və futbol tarixinin ən bahalı müdafiəçi transferi ünvanını ələ keçirib.