"Milan" braziliyalı müdafiəçi aldı - rəsmi

"Milan" heyətinə daha bir futbolçu cəlb edib.
"Rassonyerlər" "Flamenqo"nun müdafiəçisi Leu Duarte ilə 5 illik müqavilə imzalayıb. İtalyanlar Braziliya klubuna 11 milyon avro ödəyib.
Qeyd edək ki, indiyə qədər yalnız "Flamenqo"da çıxış edən 23 yaşlı futbolçu 60 oyuna çıxıb və 2 qol vurub.