“Liverpul”un hücumçusu Almaniya klubunda

Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bundesliqa təmsilçisi İngiltərənin “Liverpul” klubundan Tayvo Avoniyini heyətinə qatıb.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı mərkəz hücumçusu 1 illik icarəyə götürülüb.

“Liverpul”un yetirməsi olan Avoniyi bu klubun əsas komandasında oynamayıb. O, 2015-ci ildən bəri ardıcıl olaraq “FSV Frankfurt”, “NEK Neymegen”, “Muskron”, “Gent” klublarında icarədə olub.