APOEL baş məşqçini istefaya göndərdi – “Qarabağ”a görə

APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib.

İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 uduzmasının səbəb olduğunu göstərib.

Xatırladaq ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.

“Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir. 53 yaşlı Dollun sonuncu iş yeri Almaniyanın “Hannover” klubu olub.