"Real" yeni transferini icarəyə verdi

"Real" bu yay heyətinə cəlb etdiyi yaponiyalı futbolçu Takefusa Kubonu icarəyə verib.

"Barselona"nın yetirməsi La Liqanın digər klubuna keçib.

Belə ki, "kral klubu" onu "Valyadolid"ə icarəyə verib. Razılığa əsasən, 18 yaşlı oyunçu qarşıdakı mövsümü "Valyadolid"də keçirəcək. İcarə müddəti gələn yay yenidən uzadıla bilər.

Qeyd edək ki, Takefusa Kubo ötən mövsüm "Tokio"nun heyətində 30 oyun keçirib, 6 qola imza atıb.