PSJ-nin yeni transferi sıradan çıxdı

PSJ klubu ciddi itki ilə üzləşib.

Paris təmsilçisinin futbolçusu Ander Herrera zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son məşqində zədələnən ispan yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Mançester Yunayted”dən ayrılan Herrera, ötən ay PSJ ilə müqavilə imzalamışdı.