Braziliya millisinin üzvü ağır cəzalandı

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Braziliya millisinin üzvü Qabriel Jesusu cəzalandırıb.

Qurum, Amerika kubokunun Peru ilə final matçında qırmızı vərəqə alan hücumçuya ağır cəza verib. Braziliya millisinin 3:1 hesabı ilə qalib gəldiyi matçın 70-ci dəqiqəsində hakim tərəfindən meydandan qovulan Jesus, əsəblərinə hakim ola bilməyərək, su şüşəsini təpikləyib, referinin mübahisəli epizodları izlədiyi ekrana isə yumruqla vurub.

KONMEBOL Jesusu 2 ay müddətinə milli komandadan uzaqlaşdırıb və 30 min dollar pul cəzası verib.