"Everton" Ayuobini transfer etdi

İngiltərənin "Everton" futbol klubunun rəsmi saytında Aleks Ayuobinin “Arsenal”dan alınması ilə bağlı rəsmi məlumat yerləşdirilib.

23 yaşlı nigeriyalı futbolçu klubla 5 illik müqavilə imzalayıb.

İngiltərə mediasının məlumatına görə, Ayuobinin transferi kluba 40 milyon funt sterlinqə (43.4 milyon avro) başa gəlib.

Aleks "Arsenal" ın yetirməsidir. Klubda 2015-2019 illər arası oynayıb. 2018/19 mövsümündə 6 qol vurub və 51 matçda 9 məhsuldar ötürmə edib.